Polis rəisinin maraqlı görüntüsü : Şagirlərlə narkomaniya əleyhinə danışdı

  • 12.12.2019
  • 0

Xəzər rayonunda narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir  keçirilib.


Oxu24.com-a daxil   olan məlumata görə, Xəzər  rayonunun  Mərdəkan  qəsəbəsində yerləşən 123  saylı  orta məktəbdə “Narkotikə yox deyək” və “Narkomaniya sosial bəladır” mövzusunda tədbir  keçirilib. 


Tədbirdə Xəzər Rayon Polis İdarəsinin rəisi İsfəndiyar  Mehbalıyev  , Şəxsi Heyət üzrə  rəisin   köməkçisi   Seyfəl   Leysanov, Xəzər  Rayon  İcra  Hakimiyyətinin  məsul  şəxsləri  şagirdlər qarşısında çıxış  ediblər. 


Xəzər Rayon Polis İdarəsinin rəisi  İsfəndiyar  Mehbalıyev   bəşəriyyətin  ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu qeyd edib. 


Daha sonra Xəzər RPİ-nin YYÇPİTB-nin əməkdaşları polis baş leytenantı Xəyalə Həsənova çıxış edərək  narkotik vasitələrin orqanizmə vurduğu fəsadlardan danışmış, uşaqların vətənimizə, dövlətimizə sadiq olmağı, ölkəmizin milli qəhrəmanlarını nümunə göstərməklə vətənpərvərlik ruhunda böyümələrini gənclərimizə  tövsiyyə etmişlər.


Xəzər RPİ tərəfindən rayon ərazisində bu mövzuda mütəmadi olaraq belə tədbirlər keçirilməkdədir.


Qeyd edək ki, tədbirin sonunda bu bəlaya düçar olanlar barəsində süjet təqdim olunub.

Nə düşünürsən?