Ronaldo və Hiquainin qolları "Yuventus"a qələbə qazandırdı

  • 12.12.2019
  • 0

UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, son turda "Bayer"ə qalib gələn "Yuventus" 16 xalla qrup lideri kimi 1/8 finala yüksəlib. 6 xalı olan Bundeliqa təmsilçisi isə yoluna Avropa Liqasında davam edəcək.

D qrupu

"Bayer" (Leverkuzen, Almaniya) - "Yuventus" (İtaliya) - 0:2

Qollar: Kriştianu Ronaldu, 75. Qonsalo İquain, 90+2

Nə düşünürsən?