Elnarə Abdullayeva canlı efirdə həmkarlarını yıxıb-sürüdü

  • 11.12.2019
  • 0

Əgər öz evini gizlədib dövlətdən ev almaq fikrindəsənsə, and olsun Allaha, bu ən böyük şərəfsizlikdir!


Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva “Xəzər TV”də yayımlanan “5-də 5” axşam şousunda dilə gətirib. Xanəndə bu sözləri evlərini, malikənələrini gizlədib dövlətdən ev istəyən həmkarlarına ünvanlayıb:


“İnsanın vicdanı, qeyrəti olar. Adam dövlətinə, xalqına yük olmaz. Qoy, dövlətimiz şikəstimizin, imkansızımızın, Qarabağ əlilimizin dərdini çəksin. Bunlar onsuz da dövlətimizə bir yükdür. Bu gün mən qazandığım halda dövlətimə yük olmaq istəyirəmsə, Allah mənə qənim olsun!”



Qeyd edək ki, bir müddət öncə Əməkdar artistin verilişlərin birində söylədiyi “Gəlin qayınananın sözünü “yeyə” bilmirsə, çıxıb getsin” sözləri qalmaqala səbəb olmuşdu.  

Nə düşünürsən?