Telli Borçalı canlı efirdə ağladı

  • 11.12.2019
  • 0

Aşıq Telli Borçalı dünyasını dəyişən anasından danışıb.

Lent.az -ın məlumatına görə, aşıq “ATV səhər” verilişində anasından danışanda göz yaşlarını saxlaya bilməyib:

“Hər zaman ölümdən qorxurdum. Anam da deyirdi, niyə qorxursan ki? O da insandı, sadəcə nəfəsi gəlmir. Axırıncı dəfə anamla görüşdüm, dedim ki, Bakıya toya gedirəm, gələcəm. Mən Bakıya axşam saat 9 da gəldim. Səhər 9-da zəng etdilər ki, anan dünyasını dəyişib. Heç vaxt anamla görüşəndə onu 3 dəfə öpməmişdim. Axırıncı dəfə 3 dəfə öpdüm, özümə sıxdım. Anam 3 ildir ölüb, elə bilirəm ki, dünən ölüb. Heç bir anımda yadımdan çıxmır. Desəm, gülsəm də onun itkisi unudulmur. Heç bir xəstəliyi yox idi. Qəfildən dünyasını dəyişdi”.

Nə düşünürsən?