Hamı qələbəni qeyd etdi, o keçmiş klubuna görə üzüldü

  • 11.12.2019
  • 0

"Ayaks"ın "Valensiya"ya (0-1) hesablı məğlubiyyətdən sonra Çempionalr Liqasında mübarizəni dayandırması klubun sabiq futbolçusu Frenki de Yonqu məyus edib.

Offsideplus.az xəbər verir ki, "Barselona" “İnter”lə Çempionlar Liqasının son qrup matçından sonra (2:1) qələbəyə sevinərkən Frenki stadiondakı ekranda digər oyunların nəticələrini görüb. Futbolçu məyusluğunu gizlətməyib.

Xatırladaq ki, hollandları son turda qələbə və ya heç-heçə ilə yanaşı, “Çelsi”nin xal itirməsi də qane edirdi. Məğlub olan klub mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcəklər.

"Ayaks" ötən mövsüm ÇL-da "Real", "Yuventus" kimi klubları məğlub edərək yarımfinala qədər irəliləmişdi. Yarımfinalda "Tottenhem"ə uduzan Amsterdam klubu yayda əsas futbolçularından bir neçəsini satmışdı.

Nə düşünürsən?