Bakıda "KamAZ" iki tələbənin üstündən belə keçdi

  • 11.12.2019
  • 0

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Oxu24.com  APA-ya istinadən xəbər verir ki, avtoqəza daş bazarı yaxınlığında, "Dörd yol" deyilən ərazidə qeydə alınıb. Hadisə yerinə cəlb olunmuş YPX müfəttişlərinin bildirdiyinə görə, “KamAZ” markalı yük maşını Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən tələbə qız və oğlanı vurub. Hər iki tələbə maşının altında qalaraq dünyasını dəyişib.


Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb.


Nə düşünürsən?