Aqrar sahədə yeniliklər edilir

  • 10.12.2019
  • 0

Elektron sistem vasitəsilə aqrar xidmətlər göstəriləcək

"Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi təkcə fermerlərə sibsidiya vermək üçün nəzərdə tutulmayıb. Subsidiyaların elektron qaydada verilməsi EKTİS-in fermerlərə yaratdığı imkanlardan biridir. Fermerlər EKTİS vasitəsilə bir çox aqrar xidmətləri sifariş edə biləcəklər. Onlar evdən çıxmadan, təsərrüfatdan ayrılmadan, mobil telefon, planşet, masaüstü kompüter vasitəsilə baytarlıq, fitosanitar xidmətlər sifariş edə biləcəklər. Fermerlərin EKTİS üzərindən aqrar kredit almaq üçün müraciət etmək imkanı olacaq. Bundan başqa onlar gübrə və sertifikatlı toxumu da yeni sistem üzərindən ala biləcəklər".

Bunu Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Samux, Göygöl, Daşkəsən və Goranboyda Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi ilə bağlı keçirdiyi görüşlərdə deyib. Nazir müavini bildirib ki, EKTİS aqrar xidmətləri fermerin ayağına gətirən, operativliyi, şəffaflığı və əlçatanlığı təmin edən innovativ təşəbbüsdür.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi regionlarda EKTİS-in tətbiqi ilə bağlı görüşlər, maarifləndirici sessiyalar keçirir. Bugünədək 32 rayonda bu cür görüşlər keçirilib.

Nə düşünürsən?