Bakıya yeni ikimərtəbəli qatarlar gətirildi

  • 10.12.2019
  • 0

Sərnişin çoxluğu nəzərə alınaraq Bakı -Sumqayıt və Bakı Pirşağı istiqamətində daha iki qatar alınıb. Ən müasir tələblərə cavab verən qatarlar yaxın günlərdə sərnişinlərin ixtiyarına veriləcək.Bundan əlavə, digər istiqamətlər üzrə də yeni qatarların alınması nəzərdə tutulur.

Bakıya yeni ikimərtəbəli qatarlar gətirilib.

Ən müasir texnologiyalarla təchiz edilən yeni qatarlar tezliklə Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkət edəcək. Qatarların alınmasında əsas məqsəd sərnişin sıxlığını aradan qaldırmaqdır.

Bununla yanaşı nəqliyyat xəttlərinin yenilənməsi və sərnişinlərin dəmiryoluna tələbatının artması ilə əlaqədar bir neçə yeni qatarın alınması da nəzərdə tutulub.

Qeyd edək ki, Bakı-Gəncə sürətli sənişin qatarının marşrutunu Ağstafayadək uzadılması da planlaşdırlır.

Nə düşünürsən?