Fövqəladə Hallar Nazirliyi EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı daha bir məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən erilən məlumata görə, nazirliyin müvafiq qüvvələri tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi işləri davam etdirilir:
“Yanğının söndürülməsi məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 3 helikopter, 1 ədəd "BE-200ÇS" tipli təyyarə, 40-dan artıq texnika, 250-dən çox canlı qüvvə cəlb olunub. Əlavə məlumat veriləcək”.