"Yalvarıram, o uşağa kömək edin"

  • 10.12.2019
  • 0

Əməkdar artist Mətanət İsgəndərli sosial şəbəkələrdə yayılan bir qadının körpənin ayaqlarının üstünə çıxıb, onu tapdalamasının yer aldığı görüntülərə münasibət bildirib.

BiG.AZ xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında paylaşım edərək sözügedən qadının tapılmasını tələb edib:

“Bir allahsız, şeytan, ona insan adı vermək olmaz. Ürəyim parçalandı. İlahi, buna insan tap gətirə bilməz. Yalvarıram, o uşağa kömək edin. Bayaqdan özümə gələ bilmirəm. İnanmıram ki, o ana olsun. Bunu heç düşmən düşmənə etməz”.

Nə düşünürsən?