Yalandan "oğlun öldü" dedilər, ürəyi dözmədi

  • 10.12.2019
  • 0

İsmayıllıda ölümlə nəticələnən avtoqəza baş verib. 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Muğanlı-İsmayıllı avtomobil yolunda baş verib. 

İdarəetmədən çıxan "Mercedes" markalı minik avtomobili ağaca çırpılıb. Nəticədə rayonun Diyallı kənd sakini, 1991-ci il təvəllüdlü Ramil Əli oğlu Abışov hadisə yerində ölüb. 

Rayon sakinləri - 1978-ci il təvəllüdlü Ramil Məhəmmədağa oğlu Süleymanov, 1982-ci il təvəllüdlü Mehman Eyvaz oğlu Süleymanov və 1981-ci il təvəllüdlü İlkin İkram oğlu İsmayılov ağır xəsarətlərlə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlardan birinin yaxını - Diyallı kənd sakini Rəhman Nuğayev hadisə zamanı oğlunun da öldüyünü eşidib və infarkt keçirib. Bir neçə gün öncə ürək əməliyyatından çıxan Rəhman Nuğayevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?