Aparıcı yanacaqdoldurma məntəqəsində dava etdi

  • 09.12.2019
  • 0

"İctimai televiziyanın yanında "Azpetrol" yanacaqdoldurma məntəqəsindəyəm. Burada Mübariz Ağayev adlı işçi ətrafda insanların, qadının olmasına əhəmiyyət vermədən gənc bir işçiyə söyüş söyür".

BiG.AZ xəbər verir ki, bu sözləri aparıcı Firuzə Cəlilova (Fira) sosial şəbəkə hesabında yazıb.

O, səhər saatlarında yanacaqdoldurma məntəqəsində dava edib. Firanın mübahisəsinə səbəb orada çalışan şəxsin hamının içində söyüş söyməsi olub:

Ona iradını bildirir ki, pisdir. Bunun evdə qadınına münasibəti də yəqin budur. Biz gənclər yaşda özümüzdən böyük olanlardan ibrət götürürük. Dediyi söyüşü ağzıma almıram. Müştəri ilə davranış qabiliyyəti də yoxdur".

Nə düşünürsən?