Keçmiş prezidentə yumurta atdılar

  • 09.12.2019
  • 0

Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya mitinqdə çıxışı zamanı bir neçə yumurta atılıb.

Poroşenko mikrofona yaxınlaşıb və “Ukraynaya eşq olsun!” qışqıran zaman kütlədən bir nəfər yumurta ilə eks-prezidenti hədəf alıb.

Yumurtalardan biri Poroşenkonun həyat yoldaşına dəyib, digərini isə deputatlardan biri əli ilə tutub.

Bundan sonra keçmiş prezident hadisəni törədən şəxsi tutmağı tələb edib. (Axar.az)

Nə düşünürsən?