Aynur Dadaşovanın açıq-saçıq fotoları ilə diqqət çəkən bacısından bəd xəbər

07.12.2019 | 452 | 0

Müğənni Aynur Dadaşova açıq-saçıq fotoları ilə diqqət çəkən bacısı Günelin xərçəng xəstəsi olduğunu açıqlayıb.

Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, ifaçı bu barədə "Şou ATV" proqramında danışıb:

"Mənim bacım 2 ildir onkoloji xəstədir. Son vaxtlar səhhəti yenidən pisləşib, ağrıları çoxalıb. Buna görə hər gün, hər dəqiqə yanımdadır. Heç kim onun xəstə olduğuna inanmır. Bacım xəstəliyi üstünə götürmür, qəbul etmir. Həyata çox bağlıdır. Deyir ki, mənə heç nə olmayacaq. Əməliyyatdan sonra 7 kimya terapiya yazılmışdı, heç birini etmədi. Saçlarını tökülməsini istəmir".  


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?