1xbet

Qadına qarşı soyğunçuluq edən şəxs tutuldu

  • 07.12.2019
  • 47 baxış
  • 0

Astara polisi qadına qarşı soyğunçuluq edən şəxsi saxlayıb. Onun üzərinə baxış keçirilərkən narkotik vasitə də aşkarlanıb.

Qadına qarşı soyğunçuluq edən şəxs saxlanıb.

Əməliyyatı Astara polisi keçirib. Rayon sakini Fəqan Məmmədov mərkəzi bazar ərazisində Ərçivan qəsəbə sakini Pərvanə Zeynalovanın içərisində pul və mobil telefon olan çantasını alaraq qaçıb. Lakin çox da uzağa gedə bilməyib. Ərazidə xidmət aparan Post Patrul Xidməti əməkdaşları Fəqan Məmmədovu saxlayıb. Polis şöbəsində onun üzərinə baxış keçirilərkən oğurladığı çantadan əlavə narkotik vasitə də aşkarlanıb.

Nə düşünürsən?