Qəbələdə iki maşın toqquşdu

  • 07.12.2019
  • 0

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 


APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Qəbələ-Ağdaş yolunun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 


"Seat" və "VAZ-21015" markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağdaş sakini, 1981-ci il təvəllüdlü Xəqani Əlövsət oğlu Nəsirov ölüb. Qəbələ rayon sakinləri - 1990-cı il təvəllüdlü Bəyalı Bəylər oğlu Abdürrəhmanov və 1978-ci il təvəllüdlü Nurlana Yədulla qızı İbayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 


Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?