Prezident İlham Əliyev bu idmançılara ev verdi

  • 18.12.2017
  • 0

Bu gün Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Prezident İlham Əliyev və birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Mərasimdə 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Prezident İlham Əliyev 2017-ci ildə yüksək nailiyyətlər göstərmiş idmançıların bir qrupuna və idman mütəxəssislərinə yeni mənzillərin orderlərini təqdim edib. Mənzil alan idmançılar arasında K-1 döyüş növü üzrə bir neçə nüfuzlu turnirlərin qalibi olan Zabit Səmədov və cüdo üzrə Avropa və Dünya çempionatlarının mükafatçısı Hidayət Heydərov var. A.H. www.oxu.az

Nə düşünürsən?