Azərbaycanda qızdan şok hərəkət: 3 oğlanı bakıdan rayona çağırdı və...

  • 07.12.2019
  • 0

Cəlilabadda oğru dəstəsi ifşa olunub.


Oxu24.com -un  Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, polis rayon sakininin evini qarət edən 4 nəfəri saxlayıb. Saxlanılan şəxslər - paytaxt sakini Ziya Xasayzadə ilə yanaşı, Masallı, Ağdam və Cəlilabad rayon sakinləri - İlyas Mikayılov, Emin Məmmədov və Esmira Həsənovadır. 


Hadisənin məhz Cəlilabadda törədilməsi polisdə cinayət təklifini dəstənin üzvü - yerli qadının verməsi barədə şübhələr yaradıb. Sonradan məlum olub ki, evindən 800 ABŞ dolları, 265 manat və 6690 manat dəyərində qızıl-zinət əşyasının aparıldığı xəbərini məhz həmin qadının bibisi verib.


Bakıdan Cəlilabada Emin Məmmədovun “Opel” markalı avtomobili ilə gələn dəstə üzvləri, geriyə elə həmin maşınla - həm də “əli dolu” qayıdıb.


Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.

Nə düşünürsən?