İnsanlar küçədə güllələndi: Xeyli sayda ölü və yaralı var

  • 07.12.2019
  • 0

İraqın paytaxtı Bağdad şəhərində nümayişçilərin güllələnməsi nəticəsində 16 nəfər ölüb, 30-dan çox insan isə yaralanıb. TASS xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.


Mülki avtomobillərdə olan bir qrup silahlı şəxs Əl-Hilani meydanına yaxınlaşaraq etirazçılara atəş açıb. Təxribatı törədənlərin kim olduğu hələ bilinmir. Etirazçılar ordunu müdaxiləyə və onları müdafiə etməyə səsləyiblər.

Nə düşünürsən?