Azərbaycanlı zabit Pentaqonda yüksək vəzifəyə təyin olunub

  • 07.12.2019
  • 0

Azərbaycanlı Pentaqonda yüksək vəzifəyə təyin olunub.

Bununla bağlı məlumatı diaspor üzrə ekspert Elnur Eltürk sosial şəbəkədə yayıb.

O bildirib ki, ABŞ-da yaşayan həmyerlimiz, əslən Nehrəm kəndindən olan Nəimi Amiral ABŞ ordusunda yüksək vəzifəyə təyinat alıb.

Onun namizədliyi ABŞ Senatı tərəfindən 22 noyabr 2019-cu il tarixində təsdiq olunub.

Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələrində xidmət edən “Con” ləqəbli komandir Nəimi Amiral Pentaqonda ABŞ Dəniz Qüvvələrinin Baş Ofisində Avropa və NATO Əlaqələri şöbəsinə rəhbərlik edəcək.

Nəini Amiral Nyu-York Dövlət Universitetinin iki magistr dərəcəsini iqtisadiyyat və siyasi əlaqələr üzrə bitirib.

2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ hərbi donanmasında xidmətə başlayıb. 2005-ci ildə ABŞ zabit məktəbini bitirərək Amerika prezidenti Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb.

Nə düşünürsən?