Lukaşenko KQB əməkdaşını administrasiyaya rəhbər təyin etdi

  • 06.12.2019
  • 0

Belarus Dövlət Təhlükəsizlik Komitəsi (KQB) sədrinin birinci müavini, general-mayor İqor Sergeyenko Prezident Administrasiyasının rəhbəri təyin edilib.

“Qafqazinfo”nun xəbərinə görə, 59 yaşlı Nataliya Koçanova Prezident Administrasiyasının rəhbəri vəzifəsini tərk edib. Üç il PA-da işləyən Koçanova Prezident kvotası ilə Respublika Şurasına göndərilib.

Belarus Prezidenti Aleksandr Lukaşenko 56 yaşlı Sergeyenkonun bu vəzifəyə gətirilməsini onun KQB-dəki fəaliyyətindən razı qaldığı ilə əsaslandırıb.

Lukaşenko yeni rəhbərlə görüşü zamanı qeyd edib ki, administrasiya prezidentin siyasi qərargahı və faktiki olaraq onun “üzü”dür.

“Siz vətənpərvər, fədakar bir insansınız, təcrübəli bir insansınız. Hamı üçün elə bir şəkildə çalışmalıyıq ki, yeni nəsil gəlib başladığımız işləri davam etdirə, ölkəni xilas edə bilsin. İndi ölkəni xilas etməliyik”, -deyə Belarus lideri Sergeyenkoya müraciətində bildirib.

Nə düşünürsən?