Azərbaycanda müəmmalı qəza: At meyiti, yaralı sürücü və yoxa çıxmış maşın

  • 06.12.2019
  • 0

Şəmkirdə avtomobilin vurduğu heyvan ölüb.


APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Seyfəli kəndi ərazisində qeydə alınıb. 


Gəncə şəhər sakini, 1957-ci il təvvəllüdlü Əli Əmir oğlu Hüseynovun idarə etdiyi “Khazar” markalı minik avtomobilinin qarşısına at çıxıb.


Avtomobilin atla təması olub. Hadisə yerinə gələn yol polisi də atın öldüyünü, 62 yaşlı sürücünün xəsarət aldığını görüb. Əli Hüseynov isə heyvanı başqa bir nəqliyyat vasitəsinin vurduğunu, zərbədən atın onun avtomobilinə dəydiyini deyib.


Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?