Azərbaycanın cənubunda faciə: Onlarla ölü və yaralı var

  • 06.12.2019
  • 0

İranın qərbində yerləşən Kürdüstan vilayətindəki şadlıq sarayında güclü partlayış baş verib.


Oxu24.com  Anadolu agentliyinə istinadən xəbər verir ki, toy mərasimində qeydə alınan hadisə zamanı 5-i uşaq olmaqla, 11 nəfər həyatını itirib. 34 nəfər xəsarət alıb. Kürdüstan valiliyindən bildirilib ki, xəstəxanaya yerləşdirilən yaralılardan 3-nün vəziyyəti ağırdır.


Rəsmi dairələr hadisənin terror hücumu olduğu barədə iddiaları təkzib edib. Güman edilir ki, hadisəyə qaz sobasına  qanunsuz çəkilən xəttindəki problem səbəb olub.