Bakıda tələbənin meyiti tapıldı

06.12.2019 | 480 | 0

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alıb. 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-Mexanika fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Nurlan Akif oğlu Dadaşov kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Universitetdən faktı təsdiqləyiblər. 

Qeyd edək ki, N. Dadaşov 4-cü kurs tələbəsi olub. 

Nə düşünürsən?