Müəllim şagirdi ilə intim münasibət zamanı tutuldu

05.12.2019 | 622 | 0

Oğlunun dostu ilə yatan qadın müəllimin məhkəməsi keçirilib.


Milli.Az Nyu-York post-a istinadla xəbər verir ki, ABŞ-ın Florida ştatında yaşayan 40 yaşlı Susan Weddle adlı qadın müəllim oğlunun sinif yoldaşı və yaxın dostu ilə əxlaqsızlıq etdiyinə görə bir müddət əvvəl saxlanılıb.


Pensacola News Journal yazır ki, oğlunun futbol matçından sonra onlarla birlikdə içki içən qadın sonradan oğlunun dostu ilə əxlaqsızlıq edib.


Həmin gün başlayan münasibət aylarla davam edib. Qadın hər dəfəsində özünü günahkar hiss etdiyini söyləsə də, onlar dəfələrlə intim münasibətdə olublar.


Onların məktəbdə öpüşdüyünü görən digər şagirdlər müdriyyətə xəbər veriblər. Olayın üstü açıldıqdan sonra McArthur adına orta məktəbdə müəllim işləyən qadın vəzifəsindən kənarlaşdırılıb.


Qeyd edək ki, cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir.

Nə düşünürsən?