Ülviyyədən Rəqsanəyə ağır sözlər

  • 05.12.2019
  • 0

"Cinayətkar kimi ölkədən qaçan müğənniciklərdən biri, dolayı yolla mənim fəaliyyətimi dəyərləndirməyə çalışıb. Deyin, narahat olmasın, son ayların fəaliyyəti onun yalanlarının ifşasına həsr olunub"

BiG.AZ xəbər verir ki, bu sözləri tanınmış jurnalist Ülviyyə Alovlu müğənni Rəksanə İsmayılova haqqında yazıb:

"Bakıya gələndə əkiz oğlana hamilə olduğunu bəyan elədin. Amma etdiyin əməllərin və Ülviyyə Alovlunun ahının nəticəsi olaraq vaxtından erkən doğduğun iki körpədən qız qaldı, arzusunda olduğun oğlan tələf oldu. Bax, Allahın - çəkdirdiyin ahlara cavabı belə olur... Sən maqazin proqramlarını pulla alıb, guya əkizin varmış kimi CeyLo sayaq evində reklam edə bilərsən, amma araşdırmalardan məlum olur ki, Ülviyyə Alovlunun ahına yazılacaq deyə, qorxundan oğlunun tələf olduğunu etiraf edə bilmirsən və bu səbəbdən hətta suroqat anaya müraciət edib, EKO yolu ilə onun bədəninə "oğul" əkdirmisən.

Gör, insan nə qədər rəzil olmalıdır ki, uşaqlarının sayı ilə gündəmdə qalmağa çalışsın və bunun üçün belə gülünc manipulyasiyalara əl atsın. Guya görən bilməyəcək ki, bu "əkizlərin" ən az 2 yaş fərqi var?

Nə qədər rəzil olasan ki, hər sənə qarşı cinayət işi açılanda uşağa qalasan ki, sənə iş düşməsin. Məhz bu səbəbdən, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğun üçün illərdir üzünü görmədiyin Bakıya keçən il gələ bildin.

Məhz elə eyni səbəblə, sənin ananla bacın Türkiyədə insan alverinə görə həbs olunanda səndən yan keçdi. Çünki atasının kimliyi özünə də bəlli olmayan uşağa hamilə qala bildin.

Fəaliyyətimin nəticəsini bütün təfərrüatı ilə yazım yoxsa hələlik bəsdir?..

Məni cinayətlə hədələməkdənsə, gözün sağ qalan körpəndə olsun ki, növbəti ahıma səbəb olub, onu da tələf eləməyəsən".

Nə düşünürsən?