Saxta Rusiya-Filandiya sərhədi qurub pul qazanırmış

  • 05.12.2019
  • 0

Rusiyada insan qaçaqmalçılığı ilə məşğul olan bir şəxs Finlandiya sərhədi yaxınlığında saxta bir keçid məntəqəsi quraraq sərhədi keçirmək vədi ilə bölgəyə gətirdiyi şəxslərdən pul aldığı üçün həbs edilib. Qaçqınlar finlandiyaya keçdiklərini düşünərək bölgədə bir qədər irəliləyirlərmiş, sonra isə əsl sərhəd küşikçiləri onları saxlayırmış.


FaktXəbər-in Rusiya mediasına istinadən məlumatına görə, qaçqınlar sərhədçilər tərəfindən saxlandıqdan sonra aldadıldıqlarını başa düşüblər. Sərhədçilər Cənubi Asiyadan olan qaçqınlara hələ də Rusiyada, Vıborqun bataqlıq meşələrində olduğuqlarını söyləyiblər. 


Qaçqınlar adam başına 10 min avro verdiklərini bildiriblər. 


28 noyabqda saxlanılan qaçqınlar məhkəməə qarşısına çıxarılıb və onlara köç qaydalarını pozduqları üçün kiçik cəza verilib, daha sonra isə ölkədən deportasiya edilib.


Qaçaqmalçılıqla məşğul olan şəxsin isə istintaqı davam edir.


Qeyd edək ki, 2 ölkə arasındakı sərhədin uzunluğu 1340 km-dir.

Nə düşünürsən?