Qiqauri ilə toqquşan hakim son anda yıxılmadı

  • 05.12.2019
  • 0

Premyer Liqanın 13-cü turunun "Qəbələ" - "Zirə" oyununda maraqlı epizod yaşanıb.

Meydan sahiblərinin 3:0 hesabı ilə qalib gəldiyi görüşdə "Qəbələ"nin yarımmüdafiəçisi Merab Qiqauri meydanın mərkəzində topla irəliləyərkən baş hakim Rəvan Həmzəzadə ilə toqquşub. Yarımmüdafiəçi epizodun davamında özünü güclə ayaq üstə saxlayan referiyə etirazını bildirsə də, hakim üzr istəməklə kifayətlənib.

Nə düşünürsən?