Qvardiola “Siti” ilə “Bavariya”nı səhv saldı

  • 05.12.2019
  • 0

İngiltərə Premyer Liqasının 15–ci turunda “Börnli” – “Mançester Siti” oyunundan (1:4) sonra qonaqların baş məşqçisi Pep Qvardiolanın mətbuat konfransında maraqlı anlar yaşanıb.


İspaniyalı mütəxəssis matçı dəyərləndirərkən “Mançester Siti” əvəzinə “Bavariya”nın adını çəkib. 


“Həmişə Rodri bizə kömək edir, düşünürəm ki, “Bavariya”....  daha doğrusu “Mançester Siti” onu almaqda düzgün hərəkət edib. “Bavariya” nə idi? Mən nə düşündüyümü bilmirəm”(gülür).


Qeyd edək ki, Pep Qvardiola 2013-2016-cı illərdə “Bavariya”nı çalışdırıb.

Nə düşünürsən?