Xəstənin üstünə çağrılan həkim "Google"da diaqnoz axtardı

  • 04.12.2019
  • 0

Rusiyanın İrkutsk əyalətində xəstə uşaq üzərinə çağırış alan təcili yardım briqadasının həkiminin uşağa baxandan sonra, internetdə əlamətlər və diaqnoz axtarmağa başlaması gündəm olub.

Medicina.az xəbər verir ki, həkimin google-da diaqnoz axtarışını uşağın anası videoya çəkib.

Videoda görünür ki, həkim smartfonda hansısa tibbi foruma girib, oftalmoloq həkimin rəylərini oxuyur. Həkimin qarşısında isə hələ də təxirəsalınmaz yardımını gözləyən körpə uzanıb.

Həkimin belə qeyri-peşəkar davranışı tənqid olunub.

Nə düşünürsən?