Hərbi qulluqçumuz vəfat etdi

  • 04.12.2019
  • 0

Hərbi qulluqçu kapitan Məlikzadə Abbas Saleh oğlu səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib. Sanitar nəqliyyat vasitəsi ilə hərbi hospitala təxliyə edilərkən o, yolda keçinib.


Bu barədə APA TV-yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.


Məlumatda qeyd olunur ki, həkimlərin ilkin ehtimalına görə, hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib.


Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!


Qeyd edək ki, Abbas Məlikzadə yazıçı İsi Məlikzadənin nəvəsidir. Sabah İsi Məlikzadənin vəfatından 24 il ötür.

Nə düşünürsən?