Rusiyalı müğənni azərbaycanlı gimnastı uğuruna görə təbrik edib

  • 04.12.2019
  • 0

Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilmiş idman gimnastikası üzrə beynəlxalq turnirdə yeddi medal qazanan azərbaycanlı idmançı Hüseyn Xəlilovu Rusiyanın əməkdar artisti, müğənni və teleaparıcı Anita Soy təbrik edib.

Sfera.az xəbər verir ki, 48 yaşlı Koreya əsilli müğənni Moskvadan etdiyi təbrikində doqquz yaşlı Hüseynin bu qələbəsi münasibəti ilə valideynlərinə gözaydınlığı verib.

O bildirib ki, yeddi medal (altı qızıl və bir gümüş) qazanmış Hüseyn valideynlərinin fəxridir və onların etimadını doğruldur. (oxu.az)

Nə düşünürsən?