“Azərbaycanın ən yaraşıqlı kişisi” evlənir: “Məndən istifadə etməyiblər”

  • 04.12.2019
  • 0

“Evin tək oğluyam, evdəkilər yaşlanıb. Artıq xaricdə yaşamağa o qədər də marağım yoxdur”.

Bunu 2007-ci ildə “The Best Model of the World” müsabiqəsinin qalibi olduqdan sonra “Azərbaycanın ən yaraşıqlı kişisi” kimi tanınan model Rüstəm Cəbrayılov Publika.az-a müsahibəsində deyib. Model bildirib ki, tezliklə “Meşəbəyi” layihəsi və “Nazik mətləb” filmi ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır.

Ulduzun sözlərinə görə, yutub kanalında “Meşəbəyi” layihəsinə start versə də, sonradan onu proqram şəklində televiziyaya təqdim etmək qərarına gəlib. Bu təklif isə ona müğənni Roza Zərgərlidən gəlib.

“Şəhər həyatından yorulmuşam. Təbiəti sevirəm, ölkələrin yarısından çoxunu gəzib görmüşəm, indi isə məqsədim odur ki, ölkəmizin gözəl yerlərini çəkib göstərim. Göstərim ki, çox böyük maliyyə olmadan da təbiət qoynunda piknik etmək olar, ən azından təmiz hava qəbul edə bilərlər”, - deyə R.Cəbrayılov qeyd edib.

Yaradıcılıq planlarından və yaşadığı məyusluqlardan danışan məşhur, yaxın aylarda subaylığın daşını atacağını etiraf edib.

Nə düşünürsən?