Ona sual verən fanatına “otağa keçək” dedi

  • 04.12.2019
  • 0

Məşhur aktyor Can Yaman Türkiyə mətbuatını yenidən zəbt edib. “Qafqazinfo” xəbər verir ki, serial ulduzu bu dəfə İspaniya kanalındakı çıxışı ilə gündəmə gəlib.

Proqramda fanatlarından biri aktyora “buradan Can Yamanın mükəmməl, ideal bir insan olduğunu düşünərək gedəcəyik. Amma bizə Canın bu dünyada olduğunu sübuta yetirəcək bir şeylər danışmasını istəyirik”, - deyə bildirib.

Bundan sora Yaman studiyanın kulisini göstərərək “arxa otağa keçə bilərik” cavabını verib. Tərcüməçi aktyorun fikirlərinə təəccüblənərək  “tərcümə edim?” deyə soruşub. Aktyor isə onun sualına “yox” deyib.

Sözügedən açıqlamadan sonra C. Yaman sosial şəbəkələrdə, TV-lərdə müzakirə olunub, onun fikirləri tənqid edilib. 

Bundan sonra, onun meneceri açıqlama verərək Canı müdafiə edib: “Zarafatdır. Onsuz da yanımızda olan 4 nəfər türkçə bilirdi. 2, 5 saatlıq verilişdən yalnız 30 saniyəlik fikir müzakirə olunur. O, Hollivuddan sonra türk serial və filmlərinin uğurlarından danışıb.  Amma nədənsə bunlar qabardılmır”.

Nə düşünürsən?