Yerevanda etirazçılara zor tətbiq edildi, 24 nəfər saxlanıldı

  • 04.12.2019
  • 0

Ermənistanda Təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın istefası tələbi ilə etiraz aksiyası keçirən "Daşnaksütyun” partiyası Gənclər Birliyinin 24 üzvü saxlanılıb.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Polis idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Edqar Canoyan deyib.

Onun sözlərinə görə, həmin şəxslər polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədiklərinə görə, İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsi əsasında saxlanılıblar. Bunun ardınca “"Daşnaksütyun“un gəncləri Kentron polis bölməsinə yürüş ediblər.

Azvision.az xatırladır ki, dünən “Daşnaksütyun” Gənclər Birliyinin nümayəndələri nazir Araik Arutyunyanla görüşmək üçün nazirliyin binasının qarşısına toplaşıblar. Ancaq nazirin onlarla görüşmək niyyətində olmadığını görərək polis kordonunu yarıb, oturaq piketə başlayıblar. Polis piketi güc tətbiq etməklə dağıdıb.