Qonaq evdən 4 min 500 manat apardı

  • 03.12.2019
  • 0

Qonaq getdiyi evdən oğurluq edən şəxs saxlanılıb.


APA TV-nin qərb bürosunun məlumatına görə, Samux sakini Rəhman Zeynalov evinin qarət olunduğu barədə polisə məlumat verib: “Oğurluq hadisəsini Şəmkir rayonu Səməd Vurğun küçəsi ev 118-də yaşayan Hüseynov Məzahir Habil oğlu törədib”.


Əməlini etiraf edən Məzahir Hüseynov əvvəlcədən pulun saxlanc yerini öyrəndiyini və heç kimin olmadığından seyfi qarət etdiyini deyib. Oğurluq edərkən o, sərxoş vəziyyətdə olub. Əldə etdiyi pulla Bakıda istirahət etmək istəyib: “Seyfin qapısını çapacaqla açdım. Pul  iki kapron qabda idi. Açıb götürdüm. Tələsik çıxdım, şkafın qapısını örtmədim”. 


Evdən 4500 manat nağd pul oğurlanıb. Məzahir Hüseynov oğurluq etdiyi evdə bir müddət əvvəl qonaq qalıb. 

İstintaq davam edir. 

Nə düşünürsən?