Lalə 2-ci dəfə ailə qurmaq istəyir: "Maddi imkanı..."

  • 03.12.2019
  • 0

Əməkdar artist Lalə Məmmədova şəxsi həyatından danışıb.

Lent.az -ın məlumatına görə, müğənni “Hər şey daxil” verilişində aparıcının “İkinci dəfə ailə qurarsınızmı?” sualına bu cür cavab verib:

“Yəqin ki, o insan tamlığı ilə mənim gözümə görsənməyib. Görsənsəydi, əlbəttə ki, "hə" deyərdim. Çünki qadın heç bir zaman olmayan bir şey haqqında düşünməyəcək. Bu dəqiqə mənim üçün önəmli olan övladlarımdır, onların təhsilidir. Əgər məni olduğum kimi qəbul eləsə, razı olaram. Çünki biz bu yaşdan sonra dəyişən deyilik. Hər şey pulnan ölçülmür. Doğrudan sevsə, bu bəs edər. Bu gün mən öz ayağım üzərində dayana bilirəmsə, onun da maddi imkanı mənim qədər olmalıdır”.

Qeyd edək ki, L.Məmmədova həyat yoldaşından qalmaqalla ayrəlıb. Onun bu evlilikdən 2 qızı var.

Nə düşünürsən?