Azərbaycanda Baş prokurora silahlı hücumu kim edibmiş?

  • 03.12.2019
  • 0

Azərbaycanın sabiq Baş prokuroru Əli Ömərov yerli  mətbuata müsahibəsində  sensasion  fikirlər  səsləndirib.

Oxu24.com  xəbər  verir ki, keçmiş Baş prokuror onun otağına edilən silahlı  hücumun təfərrüatını danışıb.

"1994-cü ilin oktyabr ayında Cavadovlar  Respublika  Prokurorluğuna  hücum elədilər, Hücumun  da səbəbi o idi ki, mən Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun ölümünü iki günə açdım. O  ölümün içtirakçılarından biri  Mahir Cavadovun sürücüsü idi, Fazil  Muxtarov. Onu şübhəli səxs qismində  saxladıq və buna görə də onlar Respublika Rpokurorluğuna hücum elədilər. Hadisələri təfərrüatı ilə danışmaq ustəmirəm, bu barədə çox danışılıb. Mən istefa verdim. Məndən sonra Eldar Həsənovu təyin elədilər yerimə. Onun vaxtında istintaqın gedişində bir də aşkar elədilər ki, həqiqətən bu cinayəti Fazil Muxtarov törədib. Onu Moskvadan gətirdilər, bir də həbs elədilər. İndi bəzən mətbuatda yazırlar ki, Əli Ömərov Muxtarovu həbs edib, özü də qanunsuz həbs edib. Mən yüz faiz sizi əmin edirəm ki, cinayəti törədən onlardır, amma o cinayətin istintaqını mən aparmamışam, Eldar Həsənovun vaxtında aparılıb. İstintaq sübut edib ki, onlar cinayətkardır və Muxtarovu həbs etdilər.

Əli Ömərovun sensasion müahibəsinin davamını  videodan izləyin.

Nə düşünürsən?