Pirşağıda ağır qəza - Elektrik qatarı kranla toqquşdu

  • 02.12.2019
  • 0

Noyabrın 30-da dəmiryol stansiyasında elektrik qatarı ilə kran toqquşub.

Hadisə noyabrın 30-da Pirşağı stansiyasında avtomobil keçidində baş verib.

Pirşağı stansiyasında dəmir yolunun təmiri zamanı kranın sürücüsü yaxınlaşan elektrik qatarının səs siqnalı işarəsinə uyğun olaraq işini saxlayıb. Bu zaman "S" əndazəsinin tələblərini pozub. Artıq gec olduğu üçün elektrik qatarının maşinisti qəfildən əyləci basaraq kabinəni tərk edib və arxa vaqonlara keçib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Qəzanın nəticələri bir müddət sonra aradan qaldırılıb.

Məsələ ilə əlaqədar "Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Natavan Bayramova bildirdi ki, bu barədə məlumat verilməsi məsləhət deyil.

Qurum rəsmisi vurğuladı ki, ümumiyyətlə əgər bu xəbər verilərsə, bir daha "Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat ala bilməyəcəyik.

(baku.ws)

Nə düşünürsən?