Müğənni Hiss ilk dəfə danışdı: “Heç vaxt birinci Röya ola bilməyəcəksən”

  • 02.12.2019
  • 0

“İstəmirəm” mahnısı ilə qısa müddətdə populyarlıq qazanan Hiss ləqəbli müğənni əsl adının Röya olduğunu açıqlayıb.

Publika.az-a müsahibə verən sənətçi neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alsa da, yaradıcılığa və musiqiyə böyük həvəsi olduğunu deyib. Sənətdə gənc olan ifaçı yutubda baxış sayı 2 milyona yaxınlaşan klipindən və gələcək planlarından danışıb:

“Hazırda turizm sektorunda çalışıram, özüm-özümü maliyyələşdirirəm. Bəzən qardaşım da dəstək olur. Sponsorum yoxdur, olsa da qəbul etmərəm. Klip və mahnıları öz hesabıma ərsəyə gətirirəm. Müğənniliyə əvvəlcə Röya adı ilə başlamaq istəyirdim. Daha sonra dostum Emil dedi ki, adını mütləq dəyişməlisən. Çünki artıq bir Röya var, ikinci Röya olacaqsan, heç vaxt birinci Röya ola bilməyəcəksən. Onun bu sözləri beynimə girdi və razılaşdım. O, qarşıma şərt qoydu ki, azərbaycan dilində və insanların asanlıqla başa düşəcəyi qısa bir ad seçməlisən. Sonda səhnə adımın Hiss olmasına qərar verdik Kliplərdə çox sərt görünsəm də, əslində bu ləqəblə emosionallığım üst-üstə düşür”.