"Barselona" "Atletiko"nu minimal hesabla məğlub etdi

  • 02.12.2019
  • 0

İspaniya La Liqasında XV turun oyunları keçirilib.


Offsideplus.az xəbər verir ki, turun ən maraqlı qarşılaşmasında "Atletiko" öz meydanında "Barselona"nı qəbul edib. Oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Messinin 86-cı dəqiqədə vurduğu qol oyunda yeganə olub. Bu qələbədən sonra xalını 31-ə çatdıran "Barselona" turnir cədvəlində ilk pillədə qərarlaşıb.