Azər Əliyev bu ötürmə ilə oyunun ən yaxşısı seçildi

  • 02.12.2019
  • 0

Rusiya Premyer Liqasında 18-ci turun oyunları azərbaycanlı futbolçular üçün uğurlu olub.

 

Offsideplus.az xəbər verir ki,  Azər Əliyevlə Turqay Möhbalıyevin şərəfini qoruduğu “Ufa” səfərdə “Krılya Sovetov” üzərində minimal hesablı qələbə qazanıb - 1:0.

 

Başqırdıstan təmsilçisinə qələbə gətirən qolun ötürməsini Azər Əliyev verib. 90 dəqiqə meydanda olan Əliyev matçın ən yaxşı futbolçusu seçilib. Möhbalıyev isə oyunda iştirak etməyib.


 “Ufa” 18 turdan sonra 22 xalla 6-cı pillədə yer alır.

Nə düşünürsən?