Azərbaycanda faciə: 5 nəfər öldü, xeyli yaralı var

  • 02.12.2019
  • 0

Şəmkirdə yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.


APA-nın yerli bürosunun məlumatına görə, Şəmkir rayon sakinləri - 2018-ci il təvəllüdlü Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci il təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-cü il təvəllüdlü Orucova Rəsmiyyə Nürəddin qızıdır. 


"Mitsubishi Pajero"nun sürücüsü Abdıyev Turalın “VAZ-21011” markalı avtomobildə həlak olanlarla qohum olduğu bildirilir. Hadisə ailənin “VAZ-21011”lə toy məclisindən qayıdarkən baş verib. 


“VAZ-21011” markalı avtomobildə ölən 5 nəfərdən başqa bir nəfər - Əliyev Rəşad Rasim oğlu ağır xəsarət alıb. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub.


Şəmkirdən 5 nəfərin ölümü ilə nəticələnən qəzada avtomobillərdən birinin - "Mitsubishi Pajero"nun sürücüsü Abdıyev Tural saxlanılıb.


Sürücünün ifadəsi alınıb.

Nə düşünürsən?