Bakıda futbol bayramı yaşanacaq

  • 01.12.2019
  • 0

Avropa Çempiantının 2020-nin püşkatma mərasimindən sonra Bakıda qarşılaşacaq komandalar məlum olub. Beləki A qrupunda yer alan Türkiyə milli komandasının Isveçrə və Uels komandalarının 3 görüşü Bakı Olimpiya Stadionunda təşkil ediləcək. Bundan başqa çempionatın 4/1 final mərhələsi də Bakıda baş tutacaq.


Avropa Çempionatı 2020 çərçivəsində Bakıda keçiriləcək futbol qarşılaşmalarının hansı komandalar arasında olacağı müəyyənləşib.


Rumıniyanın paytaxtı Buxarestdə keçirilən püşkatmadan sonra A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Əvvəlcədən müəyyənləşdiyi kimi qrupunun 3 oyunu - həmçinin, 1/4 final mərhələsinin 1 qarşılaşması - Bakı Olimpiya Stadionunda keçiriləcək. Beləki Türkiyə milli komandasının İsveçrə və Uels komandaları ilə matçları, eləcə də İsveçrə - Uels görüşü Bakıda təşkil ediləcək.


Futbol üzrə mütəxəssis Şahin Diniyevin sözlərinə A qrupu çempionatın ən maraqlı qruplarından olduğundan ona maraq da kifayət qədər böyük olacaq.


Şahin Diniyevin sözlərinə görə xüsusi ilə Azərbaycandakı yarışları izləmək üçün çoxlu sayda Türkiyə vətəndaşının Bakıya gələcəyi gözlənilir və bu ele türk Azərkeşlər üçün də fürsətdir.


Qeyd edək ki,i Bakıdakı qrup oyunları iyunun 13-də, 17-də və 21-də olacaq. 1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.

Nə düşünürsən?