20 yaşlı bəy öz toyunda xəstəxanalıq oldu

  • 01.12.2019
  • 0

Bakıda 20 yaşlı bəy toy mərasimində ağır xəsarət alıb. "Qafqazinfo"nun "Report"a istinadən məlumatına görə, hadisə Suraxanı rayonunda baş verib.

Qaraçuxur qəsəbəsində yerləşən "Yağmur" şadlıq sarayında toy mərasimi keçirilən 1999-cu il təvəllüdlü Məmmədov Taleh Bəxtiyar oğlu sərxoş vəziyyətdə restoranın şüşəsini yumruğu ilə sındırıb. Nəticədə o, sağ əlinə ciddi xəsarət yetirib.

REKLAM

www.toyota.az

Daha ətraflı

Yaralı təcini yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Muayinə zamanı onun sağ biləyin kəsilmiş-cırılmış yaraları aşkarlanıb.

Fakla bağlı araşdırma aparılır.

Nə düşünürsən?