Bu günün tarixi xronologiyası

  • 01.12.2019
  • 0

1) 1 dekabr 1920 - ci il Azərbaycanın Zəngəzur mahalının böyük hissəsi Moskva rəhbərliyinin qərarı ilə Ermənistana verilib. 

2)   Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Azər İsmayıl oğlu Dadaşov 1946-cı il dekabrın 1-də anadan olub. 

3) Tarixin bu günü Kolumbiyalı narkotacir, cinayətkar, Medellín Cartel'in qurucusu və lideri  Pablo Emilio Escobar Gaviria 1949-cu ildə Kolumbiyanın Antioxiya bölgəsindəki Rionegro şəhərində bir kəndli ailəsində anadan olub. 

4) Azərbaycan xalq şairi, tərcüməçi, publisist, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Məmməd Araz 2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. 

5) Tarixin bu günü  Azərbaycan aktyoru, pedaqoq, dramaturq, bir sıra birpərdəli pyeslərin, vodevillərin və musiqili komediyaların müəllifi, rejissor, 1906-cı ildə yaradılmış Bakı Müsəlman teatrının ilk üzvlərindən biri və təşkilatçısı, Azərbaycan SSR əməkdar artisti Mirmahmud Kazımovski 1940-cı il dekabrın 1-də, 58 yaşında vəfar edib. 

6)  Azərbaycan alimi, Texnika elmləri doktoru, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, AMEA-nın müxbir üzvü 1 dekabr 2016-cı ildə vəfat edib. 

Nə düşünürsən?