Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qəbiristanlığı su basıb

  • 30.11.2019
  • 0

Sumqayıt şəhərində qəbirlər suyun altında qalıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqdan gedır.

Son günlər yağan yağışlar nəticəsində qəbiristanlığı su basıb. Ona görə də sakinlər yaxınlarının qəbirlərini ziyarət edə bilmirlər.

Sakinlər bildirirlər ki, bu acınacaqlı vəziyyət yeni qəbrlərə daha pis təsir edir. Yaxınları yeni dəfn edilən şəxsin qəbrini tapmaqda çətinlik çəkirlər.

Məsələ ilə bağlı Hacı Zeynalabdin Tağıyev qəsəbəsi üzrə icra nümayəndəliyindən "Xəzər Xəbər"ə bildirildi ki, son günlər yağan intensiv yağışlar bəzi ərazilərdə qrunt sularının yaranmasına səbəb olub. Qəbiristanlıqdakı sular tezliklə təmizlənəcək və belə hadisələrin təkrarlanmasının qarşısının alınması istiqamətində işlər görüləcək.

Nə düşünürsən?