Bakı-Sumqayıt yolunda dəhşətli qəza

  • 30.11.2019
  • 0

Bakıda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı-Sumqayıt yolunda qeydə alınıb. 

Şahidlərin sözlərinə görə, "Reno" markalı avtomobilinin yol kənarındakı təpəciyə çırpılması nəticəsində iki nəfər dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dünyasını dəyişmiş şəxslərin deformasiyaya uğramış meyitlərini avtomobildən çıxararaq müvafiq orqanlara təhvil veriblər.

Qəza yerinə Yol Partrul Xidmətinin əməkdaşları da cəlb olunublar.

Nə düşünürsən?