Şahmar Mövsümov kimdir? | Prezidentin köməkçisi təyin edildi

  • 30.11.2019
  • 0

Şahmar Mövsümov kimdir? | Prezidentin köməkçisi təyin edildi


Prezident İlham Əliyevin 29 noyabr 2019-cu ildə imzaladığı sərəncamla Şahmar Arif oğlu Mövsümov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin edilib.


Şahmar Mövsümov 31 yanvar 1972-ci ildə anadan olub.


O, 1990-1995-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində iqtisadçı ixtisası üzrə təhsil alıb.


2003-2004-cü illərdə Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbinin dövlət idarəçiliyi üzrə magistr diplomuna yiyələnib.


1995-2005-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında beynəlxalq əlaqələr məsələlərinin təşkili, valyutanın idarə olunması və maliyyə bazarlarının inkişafı sahələri üzrə baş iqtisadçı, qrup rəhbəri, şöbə rəisi, departament direktorunun müavini, departament direktoru, İdarə Heyəti sədrinin baş müşaviri vəzifələrində çalışıb.


2005-2006-cı illərdə Mərkəzi Bankın Baş direktoru vəzifəsində işləyib.


15 may 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru vəzifəsində çalışıb.


12 iyun 2006-cı ildən Azərbaycan İnvestisiya Şirkətinin Müşahidə Şurasının Sədr müavinidir.


2006-2017-ci illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Hökumət Komissiyasının sədri olub.


2006-2016-cı illərdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin üzvü olub.


2013-cü ildən Bank VTB ASC-nin Müşahidə Şurasının müstəqil üzvüdür.


2014-cü ildən Cənub Qaz Dəhlizi QSC-nin Müşahidə Şurasının, 15 iyul 2016-cı ildən Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının üzvüdür.


5 aprel 2017-ci ildən Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın, 14 mart 2018-ci ildən Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədridir.


20 sentyabr 2018-ci ildən Suveren Fondların Beynalxalq Forumunun idarə heyətinin üzvüdür.


29 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.


Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu ildə imzaladığı sərəncamla Şahmar Mövsümov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru vəzifəsindən azad edilib.


TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw


TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html

TarPas "twitter"də: https://twitter.com/Cekli829


Tövsiyə etdiyim videolarım:

➡Missisipidə doğulub, İstanbulda ölən unikal insan – Qara Rus – Frederik Brüs Tomas https://youtu.be/350YFZ5rfPA

➡Gözəl kimdir? | 18+2 ölkədə gözəllik kriteriyaları | Qeyri-səlis məntiqin yaranması https://youtu.be/0a5w3gD5nMs

➡Hallabonq / Dekopon nədir? Portağal, yoxsa mandarin? Azərbaycan onu əkən 5-ci ölkədir https://youtu.be/E1ztUz7wPro

➡Toy ildönümləri https://youtu.be/Nu4ID4l1YV0

➡Oktoberfest — Almaniyada hər il keçirilən pivə festivalı https://youtu.be/WVa9JrUv8ak

➡Kahin Şipton Ananın həyatı | Nostradamus, Vanqa və başqalarından da qüdrətli kahin - II hissə https://youtu.be/RQOGD2_cwMk

➡Əjdaha meyvəsi / Pitahaya, Pitaya, Kaktus meyvəsi, Ejder meyvesi, Dragon fruit - Tropik superqida https://youtu.be/8fMJ2nTzYNw

➡Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana / Rosh Hashanah / ראש השנה https://youtu.be/zXYVomBFJRw

➡Ge Hinnom vadisi – Bu Dünyadakı cəhənnəm, tarix boyu dünyanın ən qorxulu yeri https://youtu.be/VWOiTLOBcno

➡Ölülər Günü / Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunur https://youtu.be/lL-zRmz1iSM

➡İmza nədir? 100 məşhur şəxsin imzası https://youtu.be/1Z0ibH1Y4OY

➡Yapon əzgili - Yeni dünya meyvəsi / Muşmula və onun faydaları https://youtu.be/JkX4r3Z2NSs

➡Kinkan meyvəsinin faydaları https://youtu.be/FUn-0l8skTI

➡Qubada futbol https://youtu.be/GTifozD-Mlk


Musiqi: YouTube Library

Musiqi: Hear the Noise 3:13 John Deley and the 41 Players R&B ve Soul | İlham Verici

Nə düşünürsən?