Prezident Administrasiyasında son təyinatlar

  • 29.11.2019
  • 0

Dövlət başçısı İlham Əliyev Prezident Administrasiyasının strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 


APA TV-nin məlumatına görə, sərəncama əsasən “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu” təsdiq edilib. 


Prezident Administrasiyasından  bildirilib ki, Administrasiyanın işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırılıb. Müvafiq sərəncamlarla Prezidentin yeni köməkçiləri və Prezident Administrasiyasının şöbə müdirləri təyin olunub. 


Prezident Administrasiyasının yeni strukturu ilə bağlı müvafiq sənədlər Azərbaycan Respublikası Prezidentinin rəsmi saytında (www.president.az) yerləşdirilib. 


Prezident Administrasiyasının yeni strukturu açıqlanıb. 


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Cəmilə Abbasova

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənov

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri üzrə şöbəsinin müdiri Zeynal Nağdəliyev

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadı məsələlər və İnnovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsumov

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov

 

Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov

 

Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Elçin Bağırov

 

Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov

 

Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev

 

Humanitar siyasət, diaspora, multukulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva

 

Hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev

 

Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev

  

Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov

 

Prezidentin İşlər müdiri Oqtay Şahbazov təyin edilib.


Xatırladaq ki, Qanunvericilik və hüquqi siyasət, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya, həmçinin Sənəd dövriyyəsi şöbəsinin müdiri vəzifələrinə hələlik təyinat yoxdur. 


Nə düşünürsən?